Bərdə şəhər sakini A.Əzimova məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini F.Sadıqsoy saxlanılmışdır
12.02.2022Bərdə Rayon Polis Şöbəsinə fevralın 12-də saat 9 radələrində şəhər sakini A.Əzimova məxsus “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Sadıqsoy müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür.
Bərdə RPŞ-də araşdırma aparılır.