Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılmışdır

13.02.2022

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılmışdır.

13.02.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılmışdır 13.02.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 13.02.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 13.02.2022
  • Bakı şəhərində və respublika ərazisində 741 toy şənliyinin monitorinqi həyata keçirilib 13.02.2022
  • Binəqədi rayonu ərazisindəki bir neçə küçə və prospektlərdə qrunt suları üçün nəzərdə tutulan dəmir barmaqlıqları və su ötürücülərinin dəmir qapaqlarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 13.02.2022
  • Binəqədi qəsəbəsi ərazisində 12 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədli saxlanılmışdır 13.02.2022
  • Yasamal rayonunun Yeni Yasamal yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar 13.02.2022
  • Həyat yoldaşını və qızını çoxsaylı bıçaq zərbələri vuraraq öldürməkdə şübhəli bilinən Şəmkir rayon sakini Elməddin Həsənov tutularaq istintaqa təhvil verilmişdir 13.02.2022
  • Göyçay rayon sakini E.Abdullayevə məxsus nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Abdullayev müəyyən edilərək saxlanılmışdır 13.02.2022
  • Oğuz rayonunun Muxas kəndi ərazisində “Renault” markalı avtomobil aşmışdır 13.02.2022
  • Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Saatlı rayon sakini N.Abdullayev xəstəxanaya aparılarkən yolda ölmüşdür 13.02.2022
  • Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “KİA” markalı avtomobillə Lerik rayon sakini N.Babayeva vurulmuşdur 13.02.2022
  • Mingəçevir şəhəri ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən N.Binnətova saxlanılmışdır 13.02.2022
  • Ağdaş rayonunun Cücük kəndindəki evlərin birindən 800 metr naqil oğurlamaqda şübhəli bilinən Q.Abdullayev saxlanılmışdır 13.02.2022
  • Salyan rayonu ərazisindəki evlərin birindən pul və qızıl üzük oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu R.Qəfərov və qohumu T.Əmirova saxlanılmışlar 13.02.2022