Şamaxı rayonu ərazisindəki qəbristanlıqda qəbirilərdən birinin ətrafına çəkilmiş 3000 manat dəyərində məhəccəri oğurlamaqda şübhəli bilinən rayon sakinləri Ş.Şıxməmmədov və Ə.Alışov saxlanılmışlar
11.02.2022Şamaxı Rayon Polis Şöbəsinə yanvarın 30-na keçən gecə Həmyəli kəndi ərazisindəki qəbristanlıqda qəbirilərdən birinin ətrafına çəkilmiş 3000 manat dəyərində məhəccərin oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Ş.Şıxməmmədov və əvvəllər də oğurluğa görə məhkum olunmuş Ə.Alışov müəyyən edilərək saxlanılmışlar.
Ətraflarında aparılan tədbirlərlə onların həmin qəbristanlıqda daha 2 qəbirin ətrafına çəkilmiş məhəccərləri və Sabir qəsəbəsi ərazisində yerləşən şərab zavodundan 5 ədəd kondisioner oğurlamaları da müəyyən edilmişdir.