Ov tüfəngindən açdığı atəşlə arvadı Elnarəni qətlə, qonşusu İ.Qarayevə isə xəsarət yetirməkdə şübhəli bilinən Yevlax rayonunun Hacıselli kəndində yaşayan M.Qarayev saxlanılmışdır
09.02.2022Yevlax Rayon Polis Şöbəsinə fevralın 9-da saat 6 radələrində Hacıselli kəndində yaşayan əvvəllər məhkum olunmuş M.Qarayevin evində münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə arvadı Elnarəni qətlə yetirməsi, qonşusu İ.Qarayevə isə xəsarət yetirərək hadisə yerini tərk etməsi barədə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokrorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
İ.Qarayev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən M.Qarayev saxlanılaraq istintaqa təhvil verilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci və 29,120.2.7-ci maddələri ilə cinayət işi başlanmışdır.