Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 76 kiloqram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb

09.02.2022

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyatlar zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan 4 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 76 kiloqram narkotik vasitə və psixotrop maddə, eləcə də 965 ədəd psixotrop tərkibli həb çıxarılıb. 
Daxil olmuş əməliyyat məlumatı əsasında paytaxtın Nərinmanov rayonunda keçirilən tədbir zamanı əvvəllər məhkum edilmiş Nazim Zeynalov saxlanılıb. Onun üzərindən və evindən  ümumilikdə 66 kiloqramdan artıq, o cümlədən 52 kiloqram 708 qram heroin, 10 kiloqram 312 qram “patı”, “şüşə” adlandırılan metamfetamin, 2 kiloqram 144 qram marixuana, 1 kiloqram tiryək, narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi, 450 ədəd metadon həbi və 1 ədəd narkotik vasitələrin satışı zamanı qeydlər apardığı dəftər aşkar olunub. 
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri əlavə təxirəsalınmaz əməliyyat tədbirləri zamanı narkoşəbəkənin digər üzvləri Kamal Məmmədov, Qaraoğlan Süleymanov və Samir Rəhimov Bakı şəhəri ərazisində saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 10 kiloqram 128 qram heroin, metamfetamin, 515 ədəd  ekstazi və metadon həbi,  narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, elektron tərəzilər aşkar olunub. 
Sonuncu əməliyyatlar zamanı saxlanılan 4 nəfərin ətrafında aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil edən əsas fiqurlar olublar. Beynəlxalq narkoşəbəkənin ölkə ərazisində dayaqları olan Nazim Zeynalov, Kamal Məmmədov, Qaraoğlan Süleymanov və Samir Rəhimov paytaxt, eləcə də bölgələrdə narkotik vasitələrin satışını təşkil edən narkokuryerlərdən ibarət mütəşəkkil dəstə yaradıblar. 
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

09.02.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 57 cinayətin üstü “isti izlər”lə açılmışdır 09.02.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 09.02.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 09.02.2022
  • Bakı şəhərində və respublika ərazisində 78 toy şənliyinin monitorinqini həyata keçirib 09.02.2022
  • Quldurluq etməkdə şübhəli bilinən Salyan rayonunun Arbatan kənd sakini Ş.Ağamalıyev saxlanılmışdır 09.02.2022
  • Sumqayıt şəhər sakini Nazim Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən M.Həsənov saxlanılaraq istintaqa təhvil verilmişdir 09.02.2022
  • Ov tüfəngindən açdığı atəşlə arvadı Elnarəni qətlə, qonşusu İ.Qarayevə isə xəsarət yetirməkdə şübhəli bilinən Yevlax rayonunun Hacıselli kəndində yaşayan M.Qarayev saxlanılmışdır 09.02.2022
  • Sumqayıt şəhərindəki çeşidləmə stansiyası ərazisindən oğurluq etməyə cəhd göstərən şəxslər saxlanılmışlar 09.02.2022
  • Nizami rayon ərazisindəki mebel mağazalarının birində satıcının pulqabısını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini A.Əliyev müəyyən edilərək saxlanılmışdır 09.02.2022
  • Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində “Tofaş” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Cəbrayılzadə saxlanılmışdır 09.02.2022
  • Sumqayıt şəhəri ərazisində yaşayan N.Bəylərovdan heroin və metamfetamin götürülmüşdür 09.02.2022
  • Şabran rayon sakini N.Paşayevdən silah-sursat və marixuana götürülmüşdür 09.02.2022
  • Gəncə şəhər sakini R.Məmmədovdan 1 kiloqramdan artıq marixuana götürülmüşdür 09.02.2022
  • Bərdə rayonunun Güloğlular kəndi ərazisində avtomobildən 600 manat pul oğurlamaqda şübhəli bilinən A.Zülfüqarova saxlanılmışdır 09.02.2022
  • Goranboy rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Dəliməmmədli şəhər sakini E.Tağıyev saxlanılmışdır 09.02.2022
  • İmişli şəhər sakini Ə.Nuralıyevdən ümumilikdə 5 kiloqramdan artıq narkotik vasitələr götürülmüşdür 09.02.2022
  • Goranboy şəhər sakini S.Həsənovun özünü yandırmaq cəhdinin qarşısı alınmışdır 09.02.2022
  • Şabran rayonunun Ağalıq kəndi ərazisində “Volvo”, “VAZ-2106”, “Opel” və “VAZ-211440” markalı dörd avtomobil toqquşmuşdur 09.02.2022
  • Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı 76 kiloqram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb 09.02.2022
  • Paytaxt ərazisində yerləşən parklardan fontan başlıqları və elektrik avadanlıqları oğurlayan şəxs saxlanılıb 09.02.2022