Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılmışdır

08.02.2022

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılmışdır.

08.02.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılmışdır 08.02.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 08.02.2022
  • Bakı şəhərində və respublika ərazisində 99 toy şənliyinin monitorinqi həyata keçirilib 08.02.2022
  • Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb 08.02.2022
  • Bakı şəhər sakini L.Sadıqovaya zor tətbiq edib mobil telefonunu almaqda şübhəli bilinən K.Fərhadlı və V.Əlizadə müəyyən edilərək saxlanılmışlar 08.02.2022
  • Bakı şəhər sakini S.Həsənquliyevdən heroin və metamfetamin aşkar edilmişdir 08.02.2022
  • Paytaxtın Binəqədi rayonu ərazisində saxlanılan Salyan rayon sakini T.Abdullayevdən heroin aşkar edilmişdir 08.02.2022
  • Soyğunçuluq etdiyinə görə tutulmuş R.Qasımovun Yasamal rayonu ərazisində bir aptekdən pul və mobil telefon oğurlaması da müəyyən edilmişdir 08.02.2022
  • Suraxanı rayonu ərazisindəki internat məktəbindən 20 ədəd pəncərə çərçivəsi oğurlamaqda şübhəli bilinən A.Qiladov saxlanılmışdır 08.02.2022
  • Sumqayıt şəhər sakini M.Əliyevdən silah-sursat aşkar edilərək götürülmüşdür 08.02.2022
  • Kürdəmir rayonu ərazisində saxlanılmış “Changan” markalı avtomobildən 1 kiloqramdan artıq heroin və 365 qram marixuana götürülmüşdür 08.02.2022
  • Tərtər rayonunun Qarağacı kənd sakini İ.Qurbanovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür 08.02.2022
  • Yasamal rayonunda 5000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb 08.02.2022
  • İstifadəyə yararsız 4 ton at və mal əti satışını həyata keçirən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar 08.02.2022