Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xırdalanda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər saxlanılıb

07.02.2022

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanlılıb. Əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsin ilə məşğul olduğuna görə məhkum olunmuş Turan Əliyev tutulub. Onun əlində olan çantaya baxış zamanı yüksək təsiredici xassəyyə malik 1 kiloqram 500 qram heroin aşkar olunaraq götürülüb. 
Araşdırma nəticəsində müəyyən edilib ki, Turan Əliyev Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olub. O, xaricdə yaşayan narkotacirlərdən biri ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun ölkə ərazisinə göndərdiyi külli miqdarda heroini Abşeron rayonu ərazisində qəbul edib. Turan Əliyevin ətrafında aparılan arşdırmalar zamanı onun həmçinin Xırdalan şəhərində gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu da müəyyən edilib. 
Sonuncu əməliyyatlar zamanı saxlanılan Turan Əliyevin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.  Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

07.02.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 44 cinayətin üstü “isti izlər”lə açılmışdır 07.02.2022
  • Bakı şəhərində və respublika ərazisində 69 toy şənliyinin monitorinqi həyata keçirilib 07.02.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 07.02.2022
  • Nərimanov rayonu ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini A.Hacıyeva vurulmuşdur 07.02.2022
  • Qəbələ rayonunun Soltannuxa kəndi ərazisində “VAZ-21063” markalı avtomobillə rayon sakini İ.Sultanov vurulmuşdur 07.02.2022
  • Tovuz rayonunun Əlibəyli kəndi ərazisində “Mercedes” və “Ateko” markalı avtomobillər toqquşmuşdur 07.02.2022
  • Bakı şəhər sakini Z.İmanov tapdığı silah-sursatı könüllü olaraq polisə təhvil vermişdir 07.02.2022
  • Fevralın 4-də Mərdəkan qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.İsmayılov və İ.Abbasov saxlanılmışlar 07.02.2022
  • Bakı şəhər sakini M.Əzizovanın çantasını oğurlamaqda şübhəli bilinən İsmayıllı rayon sakini N.Əliyev saxlanılmışdır 07.02.2022
  • Beyləqan rayonunda vətəndaşa 5 ədəd 200 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən Ağdam rayon sakini E.Süleymanov saxlanılmışdır 07.02.2022
  • Xırdalanda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər saxlanılıb 07.02.2022