Lerik şəhəri ərazisindən “VAZ-2109” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini İ.Bünyadov avtomobillə birgə saxlanılaraq Lerik RPŞ-yə təhvil verilmişdir
06.02.2022Lerik Rayon Polis Şöbəsinə fevralın 6-da saat 2 radələrində şəhər ərazisindən Lənkəran rayon sakini M.İmanovun “VAZ-2109” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini İ.Bünyadov avtomobillə birgə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Lerik RPŞ-yə təhvil verilmişdir.
Araşdırma aparılır.