Zaqatala rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən rayon sakini A.Aslanov saxlanılmışdır
06.02.2022Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də rayon ərazisindəki mağazaların birindən 1150 manat pul oğurlamaqda şübhəli bilinən Muxax kənd sakini A.Aslanov saxlanılmışdır.
Ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.