Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Qafarov saxlanılmışdır
04.02.2022Fevralın 2-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri N.Urşanova və S.Süleymanova vurulmuşdur. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Qafarov saxlanılmışdır.
Araşdırma aparılır.