Oğurluq etməkdə şübhəli bilinən Şabran rayon sakini A.Muradov saxlanılmışdır
04.02.2022Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə fevralın 1-də Cavadxan küçəsində yerləşən avtoyuma məntəqələrinin birində “Toyota” markalı bir avtomobildən 4500 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş A.Muradov saxlanılmışdır.