Elektrik avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Ə.Vəliyev saxlanılmışdır
01.02.2022Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 16-da şəhər ərazisindəki şirkətlərin birindən işıqlandırma layihəsində istifadə olunan 1392 manat dəyərində elektrik avadanlıqlarını oğurlamaqda şübhəli bilinən şəhər sakini Ə.Vəliyev saxlanılmışdır.