Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
31.01.2022Yanvarın 31-də saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini Ş.Rzayev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən qəsəbə sakini Xudaverdi Mürsəlovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada arada ölmüşdür.
Suraxanı RPİ-də araşdırma aparılır.