Tovuz rayonunun Qovlar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
31.01.2022Yanvarın 31-də saat 11 radələrində Tovuz rayonunun Qovlar şəhəri ərazisində Aşağı Quşçu kənd sakini İ.Məmmədovun idarə etdiyi “Ford” və Şəmkir rayon sakini Vüqar Sadıqovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə V.Sadıqov hadisə yerində ölmüşdür.
Tovuz RPŞ-də araşdırma aparılır.