Tovuz şəhər sakini T.Tağıyevdən 41 qrama yaxın tiryək aşkar edilmiş,evinə baxış zamanı tapança, 2 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür
31.01.2022Tovuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş T.Tağıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 41 qrama yaxın tiryək aşkar edilmişdir.
Onun evinə baxış zamanı “Makarov” markalı tapança, 2 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür.