Gəncə şəhər sakini İ.Rüstəmovdan 33 qramdan artıq heroin, 17 qramdan artıq metamfetamin və 112 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür
30.01.2022Gəncə ŞBPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini İ.Rüstəmov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 33 qramdan artıq heroin, 17 qramdan artıq metamfetamin və 112 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.