Sumqayıt şəhər sakini A.Rəcəbovdan 360 qram marixuana aşkar edilərək götürülmüşdür
29.01.2022Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Rəcəbov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 360 qram marixuana aşkar edilərək götürülmüşdür.