Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Sumqayıt elektrik qatarlarında polis əməkdaşları karantin rejimi qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə reyd keçirilib

29.01.2022

Bakı-Sumqayıt elektrik qatarlarında sərnişin daşımaları karantin rejimi qaydalarına uyğun həyata keçirilir. Qatarlarda, bütün vağzal ərazisində, stansiyalarda müntəzəm olaraq dezinfeksiya işləri aparılır. Stansiyalarda xüsusi ilə də elektrik qatarlarında tibbi maskadan istifadə digər qapalı məkanlarda olduğu kimi zəruridir. Vağzal ərazisində və qatarlarda karantin qaydalarına nəzarət isə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Polislər nəinki vağzalda, eləcə də vaqonları daxilində sərnişinlərin tibbi maskadan düzgün istifadə etməsinə yol boyu nəzarət edirlər. Karantin qaydalarına əməl etməyən sərnişinlər isə Bakı-Sumqayıt qatarlarına buraxılmır və onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tədbir görülür. Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Bakı-Sumqayıt elektrik qatarlarında keçirdikləri növbəti profilaktik tədbir zamanı karantin qaydalarına əməl etməyən  20-yə yaxın şərnişin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib.
Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən xidməti ərazidə sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

29.01.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır 29.01.2022
  • Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 29.01.2022
  • Soyğunçuluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini R.Mustafayev saxlanılmışdır 29.01.2022
  • Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində yol-nəqliyyat hadisəsi 29.01.2022
  • Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Şabran rayon sakini Zülfiyyə Abışova hadisə yerində ölmüşdür 29.01.2022
  • Evlərin birindən 3200 manat pul və 4000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Z.Verdiyev saxlanılmışdır 29.01.2022
  • Sumqayıt şəhər sakini V.Şıxalıyevdən 750 qram heroin və 99 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür 29.01.2022
  • Sumqayıt şəhər sakini A.Rəcəbovdan 360 qram  marixuana aşkar edilərək götürülmüşdür 29.01.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini C.Həsənov müəyyən edilərək saxlanılmışdır 29.01.2022
  • Parkların birindən 5 ədəd elektrik dirəyi oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini E.İbrahimov saxlanılmışdır 29.01.2022
  • Sabirabad rayonunun Qalaqayın kənd sakini R.Orucovun yaşadığı evə baxış zamanı oradan 5 kiloqram 634 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür 29.01.2022
  • Sabirabad rayonunun Qalaqayın kənd sakini E.Məmmədova məxsus həyətyanı sahədən 140 qram marixuana aşkar edilərək götürülmüşdür 29.01.2022
  • Bakı-Sumqayıt elektrik qatarlarında polis əməkdaşları karantin rejimi qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə reyd keçirilib 29.01.2022
  • Sabunçu rayonunda yanvar ayının əvvəlindən  keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb 29.01.2022
  • Səbail rayonunda qonaq getdikləri evdən 21 min manatlıq  oğurluq edən şəxslər saxlanılıblar 29.01.2022