Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonunda qonaq getdikləri evdən 21 min manatlıq  oğurluq edən şəxslər saxlanılıblar

29.01.2022

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı inzibati ərazidə baş verən bir neçə oğurluq faktını törədən şəxslər saxlanılıblar. Tədbir zamanı əvvəlcə Səbail rayonunda yerləşən mənzildən oğurluq edən paytaxt sakinləri İlkin Rəsulov, onun tanışları Nuranə Məmmədova və Elçin Ağayev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər hadisə günü Səbail rayonunda yaşayan İlkin Rəsulovun dostunun evinə qonaq gediblər. Bir neçə gün orada qalandan sonra isə ev sahibinin olmamasında istifadə edərək mənzildən 8700 manat, 1600 dollar, 7000 manat dəyərində qızıl-zinət əşyaları və dəyəri 3000 manat olan 1 ədəd kürk oğurlayıblar. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.  
9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir tədbir zamanı isə bank kartlarından oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini  İbrahim Əhmodov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, o müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin bank kartlarında ümumilikdə 4000 manata yaxın pul oğurlayıb. 
Bölmə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə metronun “İçərişəhər” stansiyasının yaxınlığında vətəndaşlardan birinin çantasını oğurlayan şəxs saxlanılıb. Tədbir nəticəsində Bakı şəhər sakini Ruslan Novruzov tutularaq Bölməyə gətirilib. Onun oğurladığı çantanın içində dəyəri 3000 manat olan mobil telefon və 600 manatlıq elektronika məhsulları olub. Ruslan Novruzov oğurladığı əşyaları paytaxt ərazisindəki mağazalardan birinə satıb.
Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. 
Faktlarla bağlı saxlanılan barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

29.01.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır 29.01.2022
  • Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 29.01.2022
  • Soyğunçuluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini R.Mustafayev saxlanılmışdır 29.01.2022
  • Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində yol-nəqliyyat hadisəsi 29.01.2022
  • Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Şabran rayon sakini Zülfiyyə Abışova hadisə yerində ölmüşdür 29.01.2022
  • Evlərin birindən 3200 manat pul və 4000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Z.Verdiyev saxlanılmışdır 29.01.2022
  • Sumqayıt şəhər sakini V.Şıxalıyevdən 750 qram heroin və 99 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür 29.01.2022
  • Sumqayıt şəhər sakini A.Rəcəbovdan 360 qram  marixuana aşkar edilərək götürülmüşdür 29.01.2022
  • Oğurluq etməkdə şübhəli bilinən Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini C.Həsənov müəyyən edilərək saxlanılmışdır 29.01.2022
  • Parkların birindən 5 ədəd elektrik dirəyi oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini E.İbrahimov saxlanılmışdır 29.01.2022
  • Sabirabad rayonunun Qalaqayın kənd sakini R.Orucovun yaşadığı evə baxış zamanı oradan 5 kiloqram 634 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür 29.01.2022
  • Sabirabad rayonunun Qalaqayın kənd sakini E.Məmmədova məxsus həyətyanı sahədən 140 qram marixuana aşkar edilərək götürülmüşdür 29.01.2022
  • Bakı-Sumqayıt elektrik qatarlarında polis əməkdaşları karantin rejimi qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə reyd keçirilib 29.01.2022
  • Sabunçu rayonunda yanvar ayının əvvəlindən  keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb 29.01.2022
  • Səbail rayonunda qonaq getdikləri evdən 21 min manatlıq  oğurluq edən şəxslər saxlanılıblar 29.01.2022