Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunda 7000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb

28.01.2022

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. 
Belə ki, Şöbəyə paytaxt sakini, əvvəllər məhkum edilmiş Abuzər Abuzərovda  silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı 7000 manata satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 60 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb. Abuzər Abuzərov “Kalaşnikov” markalı odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə Balaxanı qəsəbəsində evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini Əli Əliyev tutularaq istintaqa təqdim edilib. Araşdırma nəticəsində onun Sabunçu rayonunun kənd və qəsəbələrində ümumilikdə 20-yə yaxın evdən oğurluq etdiyi müəyyən edilib. Həmçinin Əli Əliyev saxlanılan zaman ondan narkotik vasitə olan heroin də aşkar edilib. 
Hər iki faktla bağlı 12-cici Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

28.01.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 58 cinayətin üstü “isti izlər”lə açılmışdır 28.01.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 28.01.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb  28.01.2022
  • Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqini həyata keçirib 28.01.2022
  • Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Şəki rayon sakini Natiq Cəlilov hadisə yerində ölmüşdür 28.01.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 28.01.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb  28.01.2022
  • Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqi həyata keçirilib 28.01.2022
  • Sabunçu rayonunda 7000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb 28.01.2022
  • Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan daha 6 nəfər saxlanılıb 28.01.2022
  • Bakıda ahıl yaşlı kişinin başına daş paçası ilə vuraraq ona qarşı quldurluq edən şəxs saxlanılıb 28.01.2022
  • Bakıda  uşaq  bağçalarından  silsilə oğurluqlar  edən  şəxslər  saxlanılıblar 28.01.2022