Sumqayıt şəhəri ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İ.Hüseynov və E.Niftəliyev saxlanılmışlar
27.01.2022Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də şəhər ərazisindəki evlərin birindən 8800 manat pul və 1100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuşlar – İ.Hüseynov və E.Niftəliyev saxlanılmışlar.