Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb

24.01.2022

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb. Onlardan  külli miqdardan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.
5-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı paytaxt sakinləri Anar Göyüşov, Zeytun Məmmədov, Anar Nəcəfov, Elmir Abbasov, Nicat Əhmədov, Aftandil Abazov, Ramal Paşayev, Azər Yadullayev, Əfqan Nəzərov, Orxan İsmayılov və Nasir Vələdov tutulublar.
Adları sadalanan şəxslər Binəqədi və paytaxtın digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktlarla bağlı 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması  istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

24.01.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açılmışdır 24.01.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 24.01.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb  24.01.2022
  • Bakı şəhərində və respublika ərazisində 62 toy şənliyinin monitorinqini həyata keçirib 24.01.2022
  • Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Qusar rayonunun Urva kənd sakini M.Əhmədov müəyyən edilərək saxlanılmışdır 24.01.2022
  • Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi 24.01.2022
  • Oğurluqda şübhəli bilinən Samux rayon sakini M.Seyidov müəyyən edilərək saxlanılmışdır 24.01.2022
  • Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev saxlanılmışdır 24.01.2022
  • Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini T.Məmmədov saxlanılmışdır 24.01.2022
  • Qanunsuz ov edən 5 nəfər Qusar rayon sakini saxlanılmış və onların hər birindən ov tüfəngi götürülmüşdür 24.01.2022
  • Səbail rayonunda narkotacir və obyektlərdən nəzarətsiz qalan mobil telefonları oğurlayan şəxslər saxlanılıblar 24.01.2022
  • Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb 24.01.2022