Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfərdən 25 kiloqramdan artıq narkotik vasitə götürülüb

21.01.2022

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 25 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb. 
Yasamal RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı əvvəlcə paytaxt sakini Namiq Həsənov saxlanılıb. Onun üzərindən, eləcə də evindən ümumilikdə 25 kiloqram 151 qram heroin və marixuana aşkar olunub. Namiq Həsənov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Həyata keçirilən digər əməliyyat zamanı Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fuad Əlizadə, Elvin Mustafayev, Xəyal Hüseynzadə, Elnur Heydərov, Vahid Şirinzadə. Hüseyn Məmmədov və Tayyib Almyaşev tutulublar.
Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onların hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması  istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

21.01.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır 21.01.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 21.01.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 21.01.2022
  • Bakı şəhərində və respublika ərazisində 117 toy şənliyinin monitorinqi həyata keçirilib 21.01.2022
  • Sumqayıt şəhəri Qurd dərəsi bağlar sahəsində “Daewoo” və “BMW” markalı avtomobillər toqquşmuşdur 21.01.2022
  • Gəncə şəhər sakini İ.Əliyevdən 430 qram marixuana və heroin aşkar edilərək götürülmüşdür 21.01.2022
  • İmişli rayon sakini T.Rəşidovdan 330 qram marixuana aşkar edilərək götürülmüşdür 21.01.2022
  • Tərtər rayonunun Köçərli dəmir yolu stansiyası ərazisindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri C.Hacıyev və X.Hacızadə saxlanılmışlar 21.01.2022
  • Xəzər rayonu ərazisində müxtəlif vaxtlarda 5 evdən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.İslamov saxlanılmışdır 21.01.2022
  • Bakı şəhər sakini V.Hüseynovdan metamfetamin və heroin aşkar edilərək götürülmüşdür 21.01.2022
  • Səbail rayonu ərazisindəki mağazaların birindən pul və spirtli içkilər oğurlamaqda şübhəli bilinən M.Bukavadze saxlanılmışdır 21.01.2022
  • Nəsimi rayonu ərazisindəki marketlərin birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini F.Quliyev saxlanılmışdır 21.01.2022
  • Hövsan qəsəbəsindəki evlərdən birinin zirzəmisindən 2000 manat dəyərində 3 ədəd samovarın oğurlamaqda şübhəli bilinən S.Vəlizadə qısa müddətdə müəyyən edilərək saxlanılmışdır 21.01.2022
  • Sabirabad rayon sakini N.Alışovun yaşadığı evdən marixuana və qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür 21.01.2022
  • Göyçay rayon sakini V.Osmanovdan marixuana, qanunsuz saxladığı ov tüfəngi və 3 ədəd patron götürülmüşdür 21.01.2022
  • Abşeron rayon sakini E.Səmədovun idarə etdiyi avtomobildən metamfetamin və marixuana götürülmüşdür 21.01.2022
  • Göyçay rayon sakini A.Cəlilovdan 9 qramdan artıq marixuana aşkar edilmişdir 21.01.2022
  • Yasamal rayonu ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Abbasov qısa müddətdə avtomobillə birgə saxlanılmışdır 21.01.2022
  • Goranboy rayonu ərazisində idarə etdiyi avtomobillə saxlanılan rayon sakini E.Bəylərlinin narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir 21.01.2022
  • Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfərdən 25 kiloqramdan artıq narkotik vasitə götürülüb 21.01.2022
  • Abşeron, Salyan və Kürdəmir rayonlarında 50-dən artıq xırdabuynuzlu heyvan oğurlayan 3 nəfər saxlanılıb 21.01.2022