Qax rayonunun Qum kəndi ərazisində “Ford” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur
20.01.2022Yanvarın 20-də saat 12 radələrində Qax rayonunun Qum kəndi ərazisində rayon sakinləri T.Məmmədovun idarə etdiyi “Ford” və M.Xəlilovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə M.Xəlilovun sərnişini – həyat yoldaşı Dilafət Xəlilova xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Qax RPŞ-də araşdırma aparılır.