Qum adası ərazisində enerji əməliyyat şirkətlərindən birinə məxsus hidravlik avadanlığın elektrik naqilini oğurlamaqda və maqnit işəsalıcını sındırmaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
19.01.2022DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinə yanvarın 16-da Qum adası ərazisində enerji əməliyyat şirkətlərindən birinə məxsus hidravlik avadanlığı elektrik enerjisi ilə təmin edən 636 manat dəyərində elektrik naqilinin oğurlanması və maqnit işəsalıcının sındırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Həsənli, əvvəllər məhkum olunmuş S.Məhərrəmov və Astara rayon sakini H.Quliyev müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.