Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
18.01.2022Yanvarın 18-də saat 7 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakinləri F.Əsədovun idarə etdiyi “Hyundai” və Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Eyvazov və sərnişinləri Xanəhməd Əlibəyov və Zaur Həsənov hadisə yerində ölmüş, xəstəxanaya yerləşdirilmiş digər bir sərnişinin vəziyyəti qənaətbəxşdir.
Binəqədi RPİ-də araşdırma aparılır.