Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış Bakı şəhər sakini X.Xəlilli saxlanılmışdır
18.01.2022Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 28-də Z.Bünyadov prospektində S.Məhərrəmovanın və N.Əliyevanın xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini X.Xəlilli saxlanılmışdır.