Salyan rayon sakinləri X.Tarverdiyevdən və qardaşı F.Tarverdiyevdən qanunsuz saxladıqları 2 ov tüfəngi götürülmüşdür
18.01.2022Salyan Rayon Polis Şöbəsinə Dayıkənd kənd sakini olan qadının ögey oğlu tərəfindən tüfənglə öldürüləcəyi ilə hədələnməsi barədə məlumat daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. X.Tarverdiyevdən və qardaşı F.Tarverdiyevdən qanunsuz saxladıqları “İJ-18E” və “TOZ-16” markalı 2 ov tüfəngi götürülmüşdür.