Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakıda anbardar tanışı ilə birlikdə işlədiyi obyektdən 14 min manatlıq metal-mis ləvazimatlar oğurlayıb

18.01.2022

Yanvarın 11-də paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus Dərnəgül qəsəbəsində yerləşən anbardan naməlum şəxslər tərəfindən 14 min manat dəyərində metal-mis ləvazimatlar oğurlanıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini İlham Quliyev və tanışı Nasif Qurbanov saxlanılıblar.  
Araşdırma zamanı müəyyən edilib ki, İlham Quliyev hadisə baş verən obyetdə anbardar işləyir. O, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan Nasif Qurbanovu yanvarın 9-da anbara çağrııb. Həmin şəxslər birlikdə oğurladıqları əşyaları Nasif Qurbanovun avtomobili ilə Sabunçu rayonuna apararaq orada metal qəbulu məntəqələrindən birinə satıblar. Əlavə araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər eyni obyektdən əvvəllər də müxtəlif vaxtlarda 3 dəfə oğurluq ediblər. Onların oğurluq etdikləri obyektə gəlib-getmələri inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitə ilə də anbaan qeydə alınıb. 
Saxlanılan şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.  İlham Quliyev və Nasif Qurbanovun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

18.01.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 45 cinayətin üstü “isti izlər”lə açılmışdır 18.01.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 18.01.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 18.01.2022
  • Bakı şəhərində və respublika ərazisində 103 toy şənliyinin monitorinqini həyata keçirib 18.01.2022
  • Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi 18.01.2022
  • Qəbələ rayonunun Mirzəbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi 18.01.2022
  • Axtarışda olan T.Kapışovdan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür 18.01.2022
  • Bakı şəhər sakini K.Şıxəliyevdən axtarış zamanı ondan 790 qram heroin, 33 qrama yaxın marixuana və 9 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür 18.01.2022
  • Quldurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev müəyyən edilərək saxlanılmışdır 18.01.2022
  • Evlərin birindən 2500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.İbadullayev saxlanılmışdır 18.01.2022
  • Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış Bakı şəhər sakini X.Xəlilli saxlanılmışdır 18.01.2022
  • Evlərin birindən 1900 manat dəyərində qızıl-zinət əşyaları və saat oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Yusifov saxlanılmışdır 18.01.2022
  • Oğurluq etdiyinə görə tutulmuş C.Qasımovun daha bir evdən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir 18.01.2022
  • 3 baş inək oğurlamaqda şübhəli bilinən Lənkəran rayonunun Xanbulaq kənd sakini Ə.Məmmədli saxlanılmışdır 18.01.2022
  • Narkotik vasitə ilə tutulmuş R.Əkbərovun yaşadığı evin həyətinə baxış zamanı oradan tapança aşkar edilərək götürülmüşdür 18.01.2022
  • Salyan rayon sakinləri X.Tarverdiyevdən və qardaşı F.Tarverdiyevdən qanunsuz saxladıqları 2 ov tüfəngi götürülmüşdür 18.01.2022
  • Nəsimi rayonunda xaricdə yaşayan narkotacirlər üçün narkokuryerlik edən 6 nəfər saxlanılıb 18.01.2022
  • Bakıda anbardar tanışı ilə birlikdə işlədiyi obyektdən 14 min manatlıq metal-mis ləvazimatlar oğurlayıb 18.01.2022