Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqi həyata keçirilib

17.01.2022

Yanvarın  17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib.  
Monitorinq 62 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  
- 12 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.  

17.01.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır 17.01.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 17.01.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb 17.01.2022
  • Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqi həyata keçirilib 17.01.2022
  • Bakı şəhər sakini olan bir qadına qarşı dələduzluq və hədə-qorxu ilə tələb etmə əməlləri törətməkdə şübhəli bilinən L.Məmmədova müəyyən edilərək saxlanılıb 17.01.2022
  • Lənkəran rayonunun Göyşaban kəndi ərazisində “VAZ-2104” markalı avtomobillə kənd sakini T.Cəfərov vurulmuşdur 17.01.2022
  • Siyəzən rayonu ərazisində Siyəzən-Zarat dəmir yolu xəttindən rels altlıqları və boltları oğurlamağa cəhd göstərən şəxslər saxlanılmışlar 17.01.2022
  • Binəqədi rayonu ərazisindəki seçki məntəqələrinin birindən 2 ədəd dəmir dolab və generator oğurlamaqda şübhəli bilinən İ.Məcidov saxlanılmışdır 17.01.2022
  • Paytaxtın Nizami rayonu ərazisində bir avtomobildən 1800 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən C.Quliyev saxlanılmışdır 17.01.2022
  • Abşeron rayonunun Məmmədli kənd sakini Ü.Əjdərovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür 17.01.2022
  • Göyçay rayonu ərazisində xuliqanlıq zəminində tüfəngdən havaya atəş açmış M.Şıxalıyev saxlanılmışdır 17.01.2022
  • Oğurluq etdiyinə görə tutulmuş Masallı rayon sakini E.Tahirovun rayon ərazisindəki daha bir evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir 17.01.2022
  • Biləsuvar rayonu ərazisində paytaxt sakinləri olan bir qrup şəxsdən 4 kiloqramdan artıq heroin aşkar edilərək götürülmüşdür 17.01.2022
  • Ağstafa şəhər sakini N.Sadıqovdan marixuana, tapança və 4 ədəd parton götürülmüşdür 17.01.2022
  • Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb 17.01.2022
  • Xətai rayonunda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb 17.01.2022
  • Nəsimi rayonunda “Kalaşnikov” markalı avtomat silah satmaq istəyən şəxs saxlanılıb 17.01.2022