Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılmışdır

16.01.2022

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 3 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 17 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılmışdır.

16.01.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılmışdır 16.01.2022
  • Bakı şəhərində və respublika ərazisində 683 toy şənliyinin monitorinqini həyata keçirib 16.01.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 16.01.2022
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb  16.01.2022
  • İsa Əbdüləzimovu qətlə yetirməkdə şübhəli bilinən tanışı Şəmşad Əhmədov saxlanılmışdır 16.01.2022
  • Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.İsgəndərov müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır 16.01.2022
  • 100 manatlıq saxta əskinas vermiş Bakı şəhər sakini Q.Zeniyev saxlanılmışdır 16.01.2022
  • Yardımlı rayonunun Şıxlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi 16.01.2022
  • Sabunçu qəsəbəsində yol-nəqliyyat hadisəsi 16.01.2022
  • Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Babayev saxlanılmışdır 16.01.2022
  • Evlərin birindən 1800 manat pul oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini M.Seyidzadə saxlanılmışdır 16.01.2022
  • Oğurluqda şübhəli bilinən Bərdə rayonunun Saatlı kənd sakini M.Bayramov saxlanılmışdır 16.01.2022
  • Biləsuvar rayon sakini Ə.Babayevə məxsus avtomobilə baxış zamanı oradan 14 kiloqram 725 qram heroin və 1 kiloqram 355 qram metamfetamin aşkar edilərək götürülmüşdü 16.01.2022
  • Balakən rayonunun Mahamalar kənd sakini Z.Tinətiyevdən idman tapançası aşkar edilərək götürülmüşdür 16.01.2022
  • Bakı şəhər sakini S.Əsgərovdan 615 qram heroin və 60 qram metamfetamin aşkar edilərək götürülmüşdür 16.01.2022
  • Lənkəran rayonunun Boladi kənd sakini R.Əsgərovdan 2 kiloqram 170 qram heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür 16.01.2022
  • Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 2 ədəd “AKSU-74” markalı avtomat silahı, 3 ədəd patron darağı, 12 ədəd patron, 1 ədəd snayper silahına aid uzaq görmə cihazı aşkar edilərək götürülmüşdür 16.01.2022