Gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılmışdır
15.01.2022Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüşdür.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılmışdır.