Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən bir inzibati məntəqədən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri V.Stepaşkin saxlanılmışdır
14.01.2022Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən bir inzibati məntəqədən 1644 manat dəyərində 2 ədəd dəmir dolab və generator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş V.Stepaşkin saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən marketlərin birindən 873 manat dəyərində spirtli içkilər oğurlaması da müəyyən edilmişdir.