Masallı şəhəri ərazisindən “VAZ-2103” markalı avtomobili qaçırmaqda şübhəli bilinən H.İbrahimov müəyyən edilərək saxlanılmışdır
14.01.2022Masallı Rayon Polis Şöbəsinə yanvarın 14-nə keçən gecə şəhər ərazisindən A.Rəhimliyə məxsus “VAZ-2103” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ətcələr kənd sakini H.İbrahimov müəyyən edilərək saxlanılmışdır.
Masallı RPŞ-də araşdırma aparılır.