Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonu Qala qəsəbəsində 200 metr uzunluğunda rabitə kabelini oğurlayan şəxs saxlanılıb

12.01.2022

Xəzər rayonu Qala qəsəbəsində yerləşən 5 saylı Rabitə Xidməti Mərkəzinə məxsus 200 metr uzunluğunda rabitə kabeli naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Mərkəzdən daxil olan məlumat əsasında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Qala qəsəbəsində yaşayan Vasif Ağayev saxlanılıb. O, ifadəsində etdiyi oğurluğu etiraf edib. 
Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Vasif Ağayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.

12.01.2022 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində törədilmiş 96 cinayətin üstü “isti izlər”lə açılmışdır 12.01.2022
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 12.01.2022
  • Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb 12.01.2022
  • Bakı şəhərində və respublika ərazisində 86 toy şənliyinin monitorinqini həyata keçirib 12.01.2022
  • Bakıxanov qəsəbəsi ərazisindəki marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən O.Əsədov saxlanılmışdır 12.01.2022
  • Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbə sakini R.Hüseynovdan heroin və metamfetamin, yaşadığı evdən isə 2 kiloqram 264 qramdan artıq marixuana və elektron tərəzi aşkar edilərək götürülmüşdür 12.01.2022
  • Gəncə şəhər sakini E.İsmayılova narkotik vasitəni satmaqda şübhəli bilinən E.Namazovdan 85 qramdan artıq marixuana, yaşadığı evdən isə 24 kiloqram 930 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür 12.01.2022
  • Əməliyyat tədbirləri nəticəsində M.Mahmudovun yaşadığı evdən 104 qramdan artıq heroin götürülmüşdür 12.01.2022
  • Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini A.Ələkbərov və Samux rayon sakini M.Məmmədov saxlanılmışlar 12.01.2022
  • Goranboy rayonunun Dəliməmmədli şəhər sakinləri A.Əliyev və E.Fətullayevdən 420 qram, M.Nuruyevdən isə 440 qram marixuana aşkar edilərək götürülmüşdür 12.01.2022
  • İsmayıllı rayonunun Tircan kəndində yaşayan S.Fətullayevin evinə baxış zamanı oradan 1 kiloqram 135 qram marixuana aşkar edilərək götürülmüşdür 12.01.2022
  • Xızı rayonunun Sitalçay kənd sakini H.Heybətovdan 485 qram marixuana və heroin aşkar edilərək götürülmüşdür 12.01.2022
  • Suraxanıda orta məktəbdən, avtomobillərdən və evlərdən oğurluqlar edən şəxslər saxlanılıblar 12.01.2022
  • Xəzər rayonu Qala qəsəbəsində 200 metr uzunluğunda rabitə kabelini oğurlayan şəxs saxlanılıb 12.01.2022
  • Hövsan qəsəbəsində qadına qarşı quldurluq edən həmcinsi saxlanılıb 12.01.2022
  • Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan və silahlı şəxslərə qarşı əməliyyatlar keçirib  12.01.2022