Şirvan şəhər sakini V.Qurbanovu döyərək 165 manat pulunu almaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılmışlar
10.01.2022Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yanvarın 8-də 2 nəfərin Şirvan şəhər sakini V.Qurbanovu zorla saxlayıb öldürməklə hədələyərək döymələri və 165 manat pulunu almaları barədə məlumat daxil olmuşdur.
Nizami RPİ-nin 24-cü və Metropolitendə Polis Şobələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş C.Hacıağayev və Culfa rayon sakini S.Əhmədova müəyyən edilərək saxlanılmışlar.
Nizami RPİ-də araşdırma aparılır.