Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində paytaxt sakini S.Tağızadəyə qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılmışlar
10.01.2022Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə yanvarın 9-da Ramana qəsəbəsi ərazisində 2 nəfərin Bakı şəhər sakini S.Tağızadəyə zor tətbiq edib bank kartını və mobil telefonunu almaları barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini M.Əliyev və paytaxt sakini K.Abdullayev müəyyən edilərək saxlanılmışlar.
Sabunçu RPİ-də araşdırma aparılır.