Paytaxtın Z.Bünyadov prospektində yerləşən avtoyuma məntəqəsindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən V.Mahmudov avtomobillə birgə saxlanılmışdır
03.01.2022Nərimanov RPİ 17-ci Polis Şöbəsinə yanvarın 3-də Z.Bünyadov prospektində yerləşən avtoyuma məntəqəsindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Mahmudov Qala qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılmışdır.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.