Masallı rayonunun Qızılağac kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə kənd sakini E.Musayev vurulmuşdur
03.01.2022Yanvarın 3-də saat 21 radələrində Masallı rayonunun Qızılağac kəndi ərazisində kənd sakini Y.Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmkəndlisi Elbrus Musayevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.