Bakı şəhər sakinləri R.Rəhimovun avtomobilindən 11 kiloqram 950 qram heroin və 10 kiloqram 25 qram metamfetamin aşkar edilərək götürülmüşdür
02.01.2022Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri R.Rəhimov və əvvəllər məhkum olunmuş S.Kərimli Qaradağ rayonu ərazisində saxlanılmışlar. Şəxsi axtarış zamanı R.Rəhimovdan 9 qram, S.Kərimlidən isə 20 qram heroin aşkar edilmişdir.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə R.Rəhimovun idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı isə oradan əlavə 11 kiloqram 950 qram heroin və 10 kiloqram 25 qram metamfetamin də aşkar edilərək götürülmüşdür.