Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirvan şəhər sakini A.Şıxəliyev saxlanılmışdır
30.12.2021Şirvan ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini A.Şıxəliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülmüşdür.