Binəqədi rayonu ərazisində 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
29.12.2021Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də rayon ərazisində 2 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Əlimuradov, K.Məmmədov və B.Şükürov saxlanılmışlar.
Ətraflarında aparılmış tədbirlərlə onların 3 həyətyanı sahədən su sayğacları oğurlamaları da müəyyən edilmişdir.