Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb

29.12.2021

Dekabrın 29-da polis əməkdaşları tərəfindən respublika ərazisində 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 3 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

29.12.2021 tarixinə olan kriminal məlumatlar

  • Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanıb 29.12.2021
  • Axtarışda olan A.Əlimuradov saxlanılmışdır 29.12.2021
  • Narkotik vasitə ilə tutulmuş Ş.Dursunovun Göygöl rayonu ərazisindəki bir evdən qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir 29.12.2021
  • Gəncə şəhəri ərazisində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü M.Sadıqov saxlanılmışdır 29.12.2021
  • Sabunçu rayonu ərazisində N.Məmmədova məxsus mopedi oğurlamaqda şübhəli bilinən E.Haqverdiyev saxlanılmışdır 29.12.2021
  • Binəqədi rayonu ərazisində 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar 29.12.2021
  • Soyğunçuluq etdiyinə görə tutulmuş E.Abbasovun bir avtomobildən akkumulyator və bir velosiped oğurlaması da müəyyən edilmişdir 29.12.2021
  • Xəzər rayon sakini N.Sadıqova məxsus həyətyanı sahədən 4 baş qoyun oğurlamaqda şübhəli bilinən X.Rəfiyev saxlanılmışdır 29.12.2021
  • Dekabrın 27-də Z.Yusifovun bank hesabından pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılmışdır 29.12.2021
  • Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində “Belarus” markalı traktorla “VAZ-2104” markalı avtomobil toqquşmuşdur 29.12.2021
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 29.12.2021
  • Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb 29.12.2021
  • Gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılmışdır 29.12.2021