Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
26.12.2021Dekabrın 27-də saat 1 radələrində Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində Bərdə rayon sakini Cəmaləddin Vəliyevin idarə etdiyi “Azsamand” və Bakı şəhər sakini R.Vəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə C.Vəliyev hadisə yerində ölmüş, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Sabunçu RPİ-də araşdırma aparılır.