Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
24.12.2021Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 24-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 6 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.