Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Baş Narkotiklərlə Mübarizə İdarəsinin son 10 günündə keçirdiyi əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən daha 20 nəfər saxlanılıb, onlardan 43 kiloqram narkotik vasitə aşkar edilib

22.12.2021

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında paytaxt ərazisində həyata keçirdikləri tədbir zamanı Nahid Axundov və əvvəllər məhkum olunmuş Asəf Sevdimalıyev saxlanılıblar. Bu şəxslərin üzərindən və Nahid Axundovun idarə etdiyi avtomobildən çəkisi 19 kiloqramdan artıq, o cümlədən 12 kiloqram heroin, 5 kiloqram metamfetamin, 2 kiloqram marixuana, 600 ədəd metadon həbi, elektron tərəzilər, eləcə də 1 ədəd “Beretta” markalı tapança, həmin silaha aid 11 ədəd patron və sandıqça aşkar edilib.  

Yasamal rayonunda həyata keçirilən digər əməliyyat zamanı isə Ağamehdi Fərəcullayev  narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 6 kiloqram heroin, 6 kiloqram metamfetamin və elektron tərəzilər aşkar edilib. 

Suraxanı rayonunda keçirilən əməliyyat zamanı isə İlkin Abışov tutulub. Bu şəxsdən 3 kiloqramdan artıq heroin, metamfetamin, 2500 ədəd metadon həbi, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bank kartları, elektron tərəzilər aşkar edilib. Adları sadalanan 4 nəfərin hər biri ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək Yeni il bayramı ərəfəsində təşkil olunacaq əyləncəli tədbirlərdə əsasən gənclər arasında yaymaq məqsədi ilə paytaxt ərazisinə gətirdiklərini bildiriblər.

Baş İdarənin paytaxt eləcə də Abşeron rayonunda keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan ikisi qadın olmaqla daha 15 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 7 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, ekstazi və metadon həbləri aşkar edilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının Lənkəran şəhərində keçirdikləri əməliyyat zamanı isə  narkotik vasitələrin satış ilə məşğul olan əvvəllər məhkum edilmiş Əmirastan Bağırov saxlanılıb. Bu şəxsdən 2 kiloqramdan artıq marixuana aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Baş İdarə əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilən  əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan 20 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 43 kiloqram narkotik maddə və 3118  ədəd psixotrop tərkibli həb çıxarılıb.

BNMI Youtube Narkotik

 

23 dekabr 2021-ci il

22.12.2021 tarixinə olan kriminal məlumatlar

  • Bir neçə gün əvvəl pirotexniki vasitələrin satışını həyata keçirdikləri üçün inzibati məsuliyyətə cəlb edilən şəxslər yenidən eyni əməllə məşğul olduqları üçün saxlanılıblar 22.12.2021
  • Baş Narkotiklərlə Mübarizə İdarəsinin son 10 günündə keçirdiyi əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən daha 20 nəfər saxlanılıb, onlardan 43 kiloqram narkotik vasitə aşkar edilib 22.12.2021
  • Gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır 22.12.2021
  • Yasamal rayonu 2-ci Alatava yaşayış sahəsində yol-nəqliyyat hadisəsi 22.12.2021
  • Yasamal rayonu Kənar dairəvi yolda qəza hadisəsi 22.12.2021
  • Lənkəran rayonununAşağı Nüvədi kənd sakini M.Camalzadə və Lənkəran şəhər sakini B.Məmmədli saxlanılmışlar 22.12.2021
  • Xırdalan şəhər sakini Ş.Cabbarovdan heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür 22.12.2021
  • Bakı şəhər sakini Ş.Abbasovdan 175 qramdan artıq heroin və 164 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür 22.12.2021
  • Yol-nəqliyyat hadisə törətməkdə şübhəl ibilinən Gəncə şəhər sakini C.Hüseynov saxlanılmışdır 22.12.2021
  • Oğurluqda şübhəli bilinən Zəngilan rayon sakini İ.Hüseynov saxlanılmışdır 22.12.2021
  • Oğurluq etdiyinə görə tutulmuş X.Xəlilovun müxtəlif vaxtlarda 10 evdən su sayğaclarını oğurlaması da müəyyən edilmişdir 22.12.2021
  • Quldurluq etməkdə şübhəli bilinən Ağdaş rayon sakinləri F.Nəbiyev, T.Qasımov və Z.Mirhəsənov müəyyən edilərək saxlanılmışlar 22.12.2021
  • Lənkəran şəhər sakini E.Ağacanov və F.Əlizadə saxlanılmışlar 22.12.2021
  • Abşeron rayon sakini M.Həsənovun idarə etdiyi avtomobilə baxış zamanı odlu və soyuq silah aşkar edilərək götürülmüşdr 22.12.2021
  • 500 kiloqram metal qırıntılarını oğurlamağa cəhd göstərən Bakı şəhər sakinləri A.Vəliyev və S.Rüstəmov saxlanılmışlar 22.12.2021
  • Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb 22.12.2021
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir 22.12.2021
  • Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar 22.12.2021
  • Sumqayıt şəhərində ilin əvvəlindən bu günə kimi müxtəlif qayda pozuntularına yol verən sürücülər barəsində 51500 inzibati protokol tərtib edilib 22.12.2021