Xırdalan şəhər sakini Ş.Cabbarovdan heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür
22.12.2021Baş Narkotiklərlə Mübarizə İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhər sakini Ş.Cabbarov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.