Quldurluq etməkdə şübhəli bilinən Ağdaş rayon sakinləri F.Nəbiyev, T.Qasımov və Z.Mirhəsənov müəyyən edilərək saxlanılmışlar
22.12.2021Ağdaş Rayon Polis Şöbəsinə Aşağı Ləki kəndi ərazisində 3 nəfərin kənd sakini S.Soltanovu döyərək 1800 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri F.Nəbiyev, T.Qasımov və Z.Mirhəsənov müəyyən edilərək saxlanılmışlar.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə F.Nəbiyev və Z.Mirhəsənovun noyabrın 21-də kənd sakini olan bir qadını hədələyərək 1000 manat pul tələb etmələri də müəyyən edilmişdir.
Araşdırma aparılır.