Lənkəran şəhər sakini E.Ağacanov və F.Əlizadə saxlanılmışlar
22.12.2021Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Ağacanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi F.Əlizadə də müəyyən edilərək saxlanılmış, ondan da heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə F.Əlizadənin yaşadığı evə baxış zamanı oradan əlavə 4 kiloqram 20 qram heroin və elektron tərəzi götürülmüşdür.