Gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır
22.12.2021Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır.
• Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunmuşdur.
• Axtarışda olduğuna görə ümumilikdə 69 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
• Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
• Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 18 fakt müəyyən edilmişdir.
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılmışdır.